Toprak Razqatlıoğlu üçüncü dəfə SBK kateqoriyası üzrə çempion olub.

Offsideplus.az xəbər verir ki, türkiyəli bayker bir az əvvəl başa çatan Xeres yarışında 3-cü olaraq bunu bacarıb. Onun əsas rəqibi Nikolo Buleqanın yarışı qazanmağa baxmayaraq podiuma qalxmaq titul üçün kifayət edib.

Toprak ardıcıl ikinci il çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, 29 yaşlı bayker növbəti ildən etibarən motosiklet yarışlarının ən yüksək səviyyəsi sayılan MotoGP-də çıxış edəcək.