Moto Gp 2-də mövsümün 11-ci yarışı Almaniyada keçirilib.
Offsideplus.az xəbər verir ki, əsas yarışın qalibi Deniz Öncü olub. Türkiyəli bayker bu mövsüm 2-ci qələbəsini qazanıb.
Yarış baş verən ciddi qəzaya görə qırmızı bayraqlar altında başa çatıb.
D. Öncü bu qələbədən sonra xalını 97-yə yüksəldib və 6-cı yerə qalxıb.
Çempionata ispaniyalı Manuel Qonsales başçılıq edir. Onun aktivində 172 xal var. Həmyerlisi Aron Sanet 163 xalla onu izləyir.
Növbəti yarış 1 həftə sonra Çexiyada keçiriləcək.



