Formula 1-də mövsümün 12-ci yarışı İngiltərədə baş tutub.

Offsideplus.az xəbər verir ki, əsas yarış maraqlı mübarizə şəraitində keçib. Yağış altında baş tutan yarışda zəfər yenə "Maklaren" pilotunun olub. Lando Norris ardıcıl 2-ci qələbəsini qazanıb. 2-ci yeri onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri tutub.

3-cü yer isə Niko Hülkenberqin olub. 37 yaşlı pilot karyerasında ilk dəfə podiuma yüksəlib. O, 249-cu yarışında bunu bacarıb.

"Ferrari"dən Lyuis Hemilton 4-cü, "Red Bull"dan Maks Ferstappen isə 5-ci yerin sahibi olub.

Çempionata 234 xalla O. Piastri başçılıq edir. Onu 226 xalla L. Norris izləyir.

Mühəndislər kubokunda isə "Maklaren" böyük fərqlə liderdir. Hülkenberqin podiumundan sonra komandası "Zauber" 6-cı yerə yüksəlib.