Toprak Razqatlıoğlu 2026-cı ildən etibarən MotoGp-də yarışacaq.
Offsideplus.az xəbər verir ki, türkiyəli bayker "Pramac Yamaha" komandasında çıxış edəcək. O, Yaponiya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
O, MotoGP tarixində yarışan ilk türk olacaq.
28 yaşlı Toprak 2018-ci ildən bəri Superbayk seriyasında yarışırdı. O, burada 2 dəfə dünya çempionu olub.
Qeyd edək ki, MotoGP motosiklet yarışlarının ən yüksək səviyyəsidir.