MotoGp-də mövsümün 8-ci yarışı Araqonda (İspaniya) keçirilir.

Offsideplus.az xəbər verir ki, az öncə başa çatan təsnifat yarışlarından "Ducati"nin baykeri Mark Markes tək dövrədə hamıdan sürətli olub.

2-ci yeri Markın balaca qardaşı Aleks Markes, 3-cü yeri isə Franko Morbidelli tutub.

Onu da qeyd edək ki, M. Markes daha öncə burda 7 dəfə qalib gəlib.

Bu gün axşam sprint yarışı baş tutacaq. Sabah Bakı vaxtı ilə 16:00-da isə əsas yarış keçiriləcək.