Formula 1-də mövsümün 9-cu yarışı İspaniyada baş tutub.

Offsideplus.az xəbər verir ki, Barselona trasında baş tutan yarışda Oskar Piastri mövsümdə 5-ci qələbəsini qazanıb. Onun "Maklaren"dən komanda yoldaşı olan Lando Norris 2-ci yeri tutub.

Podiumu "Ferrari"dən Şarl Lekler tamamlayıb.

Son çempion Maks Ferstappen isə 10 saniyə cəza alıb və yarışı 10-cu yerdə bitirib.

Çempionata 186 xalla Piastri başçılıq edir. Norris onun 10 xal gerisində 2-ci yerdədir.