Formula 1 üzrə mövsümün 9-ci yarışı İspaniyada təşkil olunacaq.
Offsideplus.az xəbər verir ki, "Aston Martin" komandasının pilotu Lens Stroll bugünkü əsas yarışda iştirak edə bilməyəcək. Kanadalı pilot biləyindəki zədəyə görə yarışı buraxmalı olacaq.
Buna görə də bugünkü yarışda 19 pilot iştirak edəcək.
Qeyd edək ki, dünən keçirilən təsnifat yarışlarında "Maklaren" pilotu Oskar Piastri hamıdan sürətli olub. O, yarışa hamıdan öndə başlayacaq. 2-ci yerdən Lando Norris, 3-cü yerdən isə Maks Ferstappen start götürəcək.