Toprak Razqatlıoğlu növbəti mövsümdən etibarən MotoGP-də yarışmağa başlayacaq.

Offsideplus.az xəbər verir ki, türkiyəli bayker "Yamaha" ilə razılığa gəlib. 

Razılaşmanın gələn ay rəsmən açıqlacanağı gözlənilir.

Hazırda "Yamaha" komandasında Cek Miller və Migel Oliveyra çıxış edir.

28 yaşlı Toprak 2018-ci ildən bəri Superbayk üzrə dünya çempionatında yarışırdı. O, burada 2 dəfə dünya çempionu olub.

Əlavə edək ki, MotoGP motosiklet yarışlarının ən yüksək səviyyəsidir.