Formula 1-də mövsümün 8-ci yarışı Monakoda keçirilir.
Offsideplus.az xəbər verir ki, yarışın təsnifat mərhələsi dünən keçirilib. "Maklaren"in pilotu Lando Norris hamıdan sürətli olub. "Ferrari"dən Şarl Lekler vətənindəki yarışa 2-ci yerdən başlayacaq. Xatırladaq ki, o, Monakodakı yarışın son qalibidir.
Çempionatın lideri Oskar Piastri isə 3-cü yeri tutub. Lyuis Hemilton 4-cü yeri tutsa da, 3 sıra qrid cəzası alıb və onun əvəzinə bu yerdən 4 qat dünya çempionu Maks Ferstappen start götürəcək.
Əsas yarış bu gün, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.