MotoGp-də mövsümün 7-ci yarışı İngiltərənin "Silverstoun" trasında keçirilir.

Offsideplus.az xəbər verir ki, az öncə başa çatan kvalifikasiya yarışlarında "Yamaha"nın pilotu Fabio Kuartararo ardıcıl 3-cü polunu qazanıb. 2-ci yeri Aleks Markes, 3-cü yeri isə Pekko Banyaya tutub. Çempionatın lideri Mark Markes isə yalnız 4-cü ola bilib.

Kuartararo öncəki 2 polunu yarışda qələbəyə çevirməyi bacarmamışdı. Fransalı bayker bu dəfə bunu etməyə çalışacaq. 

Qeyd edək ki, təsnifat yarışları həm bu gün axşam keçiriləcək sprintin, həm də sabahkı əsas yarışa kimin hansı yerdən başlayacağını müəyyən edir..