Motosikl yarışlarının ən mötəbəri olan MotoGP-də yeni maliyyə qaydasının tətbiqinin son mərhələsindədir.
Offsideplus.az xəbər verir ki, pilotlar üçün illik 500 000 avro məbləğində minimum əməkhaqqı müəyyən ediləcək.
Bu barədə "Autosport" məlumat yayıb.
Bu məbləğə nəticələrə görə verilən bonuslar daxil edilməyəcək. Qayda 2027-ci il mövsümündən etibarən qüvvəyə minəcək.
Hazırda yüksək səviyyəli (premyer-klass) bəzi pilotlar ildə 120 000 avrodan az qazanır, ulduz pilotların gəliri isə on milyon avronu keçə bilir.


