Tanınmış ekstremal idmançı Rafael Şole bədbəxt hadisə nəticəsində vəfat edib.

Offsideplus.az xəbər verir ki, "Wingsuit" uçuşları üzrə mütəxəssis olan 32 yaşlı idmançı Fransa Alplarında növbəti tullanışını həyata keçirərkən qəzaya uğrayıb. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, faciəyə texniki nasazlıq və ya uçuş zamanı idarəetmənin itirilməsi səbəb olub.