UEFA, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi İsveçin "Elfsborq" klubunu cərimə edib.
Offsideplus.az-ın məlumatına görə, bu haqda Avropa futbol qurumunun rəsmi saytında açıqlama verilib.
Allsvenskan klubu, İtaliyanın "Roma" komandasını II tur matçında 1:0 hesabı ilə məğlub edərək, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən 50,000 avro cərimə alıb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanması ilə bağlı qərar verilib. "Elfsborq" üçün 2 illik sınaq müddəti də təyin olunub.
Həmçinin, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq" ilə qarşılaşacaq.