"Fənərbağça" ötən gecə Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"ə penaltilər nəticəsində məğlub olaraq mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in heyətində penaltini yerinə yetirənlərdən biri də Fred olub. Bu, onun professional karyerasında vurduğu ilk 11 metrlik cərimə zərbəsi olub.
Fredin ilk penaltisi uğursuzluqla nəticələnib.
Braziliyalı yarımmüdafiəçi 2023-cü ildə "Mançester Yunayted"dən "Fənərbağça"ya transfer olub. O, cari mövsümdə 34 oyuna çıxıb.