UEFA Avropa Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibləri bəllidir. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 18,98 milyon avroluq heyətlə 8 komandadan xallar qoparmağa çalışacaq. Qurban Qurbanovun komandasında 7 futbolçunun dəyəri 1 milyondan çoxdur. Siyahıya braziliyalı Juninyo 2 milyon avro dəyərlə başçılıq edir. Mateuş Koxalski və Leandro Andrade 1,5 milyon avro, Yassin Benzia və Nəriman Axundzadə 1,2 milyon avro, Toral Bayramov və Emmanuel Addai isə 1 milyon avro qiymətlə "Qarabağ"ın ən bahalı futbolçuları siyahısındadır. 

Şahruddin Məhəmmədəliyev və Aleksey İsayev müvafiq olaraq, 900 000 və 850 000 avro qiymətlə 9 və 10-cu yerləri tutub.

"Transfermarkt" "köhlən atlar"ın monteneqrolu ləl-cəvahiratları Marko Yankoviçə 500 000 avro, Marko Veşoviçə isə 250 000 avro qiymət qoyub.