Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə Belçikada keçiriləcək "Yunion" - "Braqa" matçını idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matçın VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.