"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya) ilə cavab oyunundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının 120 dəqiqəlik mübarizəyə tam hazır olmadığını bildirib:

"Rəqibi təbrik edirəm. Maraqlı oyun oldu, hər iki komanda eyni səviyyədə idi. Futbolçularım xarakter nümayiş etdirdilər, sadəcə 120 dəqiqəlik oyun bir az çox və yorucu oldu. Heyət buna tam hazır deyildi. İndi Konfrans Liqasına hazırlaşacağıq".

Qeyd edək ki, hər iki matçı 0:0 bitən cütdə penaltilər seriyasını daha dəqiq yerinə yetirən (5:4) ÇSKA növbəti mərhələyə adlayıb. "Qarabağ" isə avrokubok yoluna Konfrans Liqasının III təsnifat mərhələsində davam edəcək.