"Neftçi"ni "Pafos"a dəyişən Murad Məmmədov yeni komandasında rəsmi debüt edib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu "Hayduk"la (Split) Avropa Liqasının II təsnifat mərhələsi oyununda 82-ci dəqiqədə meydana daxil olub.
Onun komandası 4:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.


