FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim UEFA Avropa Liqasının qrup mərhələsi üzrə  “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.