“Chess24″portalı iyulun 31-dən avqustun 26-dək Bakıda keçiriləcək dünya kubokunun qaliblərinin əldə edəcəyi pul mükafatının məbləğini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, kişilərin yarışında qalib 110 min, qadınlarda isə ilk yerin sahibi 50 min dollara sahib çıxacaq.
Dünya kuboku Namizədlər Turnirinə qatılacaq üç iştirakçını müəyyənləşdirəcək. Bakıda 206 şahmatçı çıxış edəcək. Onlardan 50-si mübarizəyə ikinci mərhələdən qoşulacaq. Qarşılaşmalar iki klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. Qadınların yarışında 103 şahmatçı iştirak edəcək. Onlardan 25-i ikinci raunddan mübarizəyə başlayacaq.