İngiltərənin "Mançester Yunayted" klubu dağıstanlı futbolçu ilə rəsmi müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 17 yaşlı akademiya oyunçusu Amir İbrahimovla peşəkar sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Adıçəkilən hücumameyilli yarımmüdafiəçi cari mövsüm U-18 komandasının heyətində çıxdığı 16 oyunda 6 qol və 4 assistə imza atıb. O, İngiltərə II Premyer Liqasında 2 oyuna da çıxıb.
Gənc vinger Dağıstanda müsəlman avar ailəsində dünyaya gəlib, 11 yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Onun böyük qardaşı İbrahim peşəkar MMA döyüşçüsüdür və Peşəkar Döyüş Liqasında (PFL) iştirak edir.
View this post on Instagram
View this post on Instagram
View this post on Instagram