"Qarabağ" Misli Premyer Liqasının XXIV turunda səfərdə "Zirə"ni məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:
"Meydanda yaxşı mübarizə getdi. Bizim üçün çox vacib oyun idi. Qarşımızda istəkli, bizi yaxşı analiz edən rəqib var idi. Sona qədər bizə meydanda rahat olmağa imkan vermədilər".
Tərcübəli mütəxəssis aprel ayındakı sıx qrafikə də toxunub:
"Avrokubok oyunları olmayanda daha sərbəst olursan, daha çox vaxtın olur hazırlaşmağa. Əfsuslar olsun ki, hələ optimal formamızda deyilik. Futbolçular çox yorulub. Gərgin bir mövsüm keçdi. Qarşıda yenə səx qrafilimiz var. Kubok oyunları da olacaq. Çalışırıq ki, futbolçuları bu qrafikə hazırlaya bilək".
O, Kris Kuakunun gedişinə də münasibət bildirib:
"İntizamlı futbolçu idi. Daha çox oynamaq istəyirdi, mən də onu başa düşərək gedişinə yox demədim. Oyunların sayı da azalır. Ona görə də qalmağına ehtiyac görmədim".
55 yaşlı çalışdırıcı favoritin "Sabah" olduğunu söyləyib:
"Üstünlük "Sabah"dadır". Buna baxmayaraq sona qədər mübarizə aparacağıq".
Q. Qurbanov sonda əsas komandadan uzaqlaşdırılan Sami Mmaenin yenidən qayıdışını da istisna etməyib.


