“Bizim öz tərzimiz yaranıb”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 24-cü turunda səfərdə "İmişli"ni 5:0 hesabı ilə məğlub etdikləri matç haqqında fikirlərini bölüşüb:

“Qələbəyə görə sevincliyəm. Ancaq bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün "Sabah" ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı matça fokuslanacağıq. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır”.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "bayquşlar" turnir cədvəlinə liderlik edir.