"Oyun haqqında deyiləcək çox söz yoxdur”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah"a 0:5 hesabı ilə məğlub olduqları matç haqqında fikirlərini bölüşüb:
“Oyuna istədiyimiz kimi başlaya bilmədik. Edvin Banqeranın erkən zədələnməsi isə komandaya çox pis təsir etdi. Müdafiəçilərin kobud səhvi nəticəsində təyin olunan penalti hər şeyi daha da çətinləşdirdi. Hesabda 0:2 geri düşdükdən sonra toparlanmaq asan deyil. "Sabah" kimi çempionatın liderinə qarşı geri dönüş etmək qeyri-mümkün idi.
Onlar bura çox yüksək motivasiya ilə gəlmişdilər və səhvlərimizdən maksimum yararlandılar. "Sabah"ı təbrik edirəm, bizdən hər cəhətdən üstün və keyfiyyətli oyun nümayiş etdirdilər. Biz isə dərhal özümüzə gəlməli və qarşıdakı "Neftçi" matçına köklənməliyik”.


