"Qarabağ" "Sərhədçi" İdman Mərkəzinin futbol meydançasının işıqlandırma sistemini yeniləyib. 

Offsideplus.az xəbər verir ki, Ağdam klubu uzunmüddətli icarə əsasında akademiyasın istifadəsində olan meydançanın ənənəvi halogen əsaslı projektor lampalarını tamamilə LED texnologiyası ilə əvəz edib.

Bu dəyişikliklə klub yaşıl enerji istifadəsini təşviq etməklə həm qənaətə nail olub, həm də ətraf mühitə zərəri azaldıb. 

Əvvəlki sistemdə hər projektor orta hesabla 1000 watt enerji sərf edirdisə, LED lampalar bu göstəricini 300–400 watt civarına endirib. Bu isə hər istifadə zamanı təxminən 60%-ə qədər enerji qənaəti deməkdir.

Sözügedən addım ildə 2 tona yaxın CO₂ emissiyasının qarşısı almağa imkan verəcək (1 kWh enerji üçün orta hesabla 0.283 kg CO₂ nəzərə alınsa).