Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir.

Offsideplus.az xəbər verir ki, turnirin 4-cü turu Rumıniya tarixnin ən yaxşı futbolçusu,  “Qalatasaray”ın əfsanəsi George Haci tərəfindən açılıb. O, simvolik olaraq rumıniyalı David Qavrileşu və polşalı Radoslav Voytasek arasında keçirilən oyunun ilk gedişini edib. Əfsanə daha sonra keçirilən görüşləri tamaşaçı qismində izləyib.

Haci Rumıniya futbolunun kralı və "Karpatların Maradonası" kimi məşhurdur. O, Rumıniya milli komandasında 125 oyun keçirib və 35 qolla ölkə yığmasının ən məhsuldar futbolçusudur. Həmçinin "Steaua" (Buxarest), "Barselona", "Real Madrid" və "Qalatasaray" kimi məşhur klublarda oynayıb. Məhz "Qalatasaray"da əfsanə statusuna çatıb, klubun tarixində əvəzsiz yer tutub və 2000-ci ildə UEFA Kubokunu və Avropa Superkubokunu qazanan komandanın ayrılmaz hissəsi olub.