Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsenin cinsi hərraca çıxarılıb.
Offsideplus.az xəbər verir ki, bu cins böyük qalmaqala səbəb olub. Belə ki, norveçli idmançı ötən ilin dekabrında ABŞ-ın Nyu-York şəhərində təşkil edilən rapid və blits üzrə dünya çempionatında məhz bu geyiminə görə yarışdan kənarlaşdırılmışdı.
Şahmat turnirlərinin qaydalarına əsasən, iştirakçılar mütləq klassik geyimdə olmalıdırlar. Cins geyinməsi səbəbindən diskvalifikasiya edilən Karlsen FİDE rəhbərliyi ilə danışıqlardan sonra növbəti gün yarışa qayıtmışdı.
"Qadağan olunmuş cins" indi sizin ola bilər. Mən onu hərraca çıxarıram. Heç vaxt belə yazacağımı düşünmürdüm. Satışdan gələn bütün pul xeyriyyə fonduna köçürüləcək" - deyə şahmatçı sosial media hesabında yazıb.