İtaliya İdman İdarəsi "Yuventus" klubu üçün nəzərdə tutulan 15 xallıq cəzanı ləğv edib.

Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, Turin təmsilçisi ilə bağlı yeni məhkəmə prosesinin keçirilməsinə göstəriş verilib.

Bu qərardan sonra "qoca sinyora" aktivindəki 59 xalla turnir cədvəlində 7-ci yerdən 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, İtaliya Futbol Federasiyası yanvar ayında maliyyə fırıldaqlarına görə "Yuventus"un A seriyasında 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü