"İnter" cari mövsümün əvvəlində icarəyə götürdüyü Romelu Lukaku haqda qərar verib. 

Offsideplus.az "La Gazetta della Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi belçikalı hücumçunu birdəfəlik transfer etmək üçün müqavilə ilə məxsus olduğu "Çelsi"yə müraciət etməyəcək. 

29 yaşlı futbolçunun mövsümün sonunda İngiltərəyə qayıdacağı bildirilir. 

Qeyd edək ki, Lukaku cari mövsüm bütün turnirlərdə "İnter"in heyətində 24 oyunda 7 qol vurub və 2 qol ötürməsi edib.