"Mançester Siti"nin futbolçusu Erlinq Holand UEFA Çempionlar Liqasındakı qol sayında Didier Droqbanın rekorduna çatıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu Çexiyanın "Sparta" (Praqa) komandası ilə keçirilən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda 5:0 hesabı ilə qalib gələrək dubl edib. 

Sözügedən forvardı qitənin ən prestijli klub turnirində 44 qol vurmağı bacarıb. Bu uğura Holand 42 matçda, Droqba isə 92 oyunda 44 qol vuraraq imza atıb.