UEFA Hakimlər Komitəsi 30 may 2026-cı il tarixində Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək "Arsenal" – PSJ finalının baş hakimini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu məsuliyyətli iş almaniyalı mütəxəssis Daniel Zibertə tapşırılıb.
42 yaşlı hakim bu mövsüm Çempionlar Liqasında göstərdiyi sabit çıxışı ilə diqqət çəkib.
Maraqlıdır ki, bu, Zibertin cari mövsümdə idarə edəcəyi 10-cu Çempionlar Liqası oyunu olacaq. O, bundan əvvəl "Arsenal"ın dörddəbir finalda "Sportinq"ə, yarımfinalda isə "Atletiko Madrid"ə qarşı keçirdiyi qarşılaşmalarda da ədaləti qoruyan şəxs olub.
Finalın rəsmi hakimlər briqadası isə bu cürdür:
- Baş hakim: Daniel Zibert (Almaniya)
- Köməkçi hakimlər: Yan Zaydel və Rafael Foltin (hər ikisi Almaniya)
- Dördüncü hakim: Sandro Şerer (İsveçrə)
- VAR hakimi: Bastian Dankert (Almaniya)
- VAR köməkçisi: Robert Şröder (Almaniya)
Bu final "Arsenal" üçün 20 ildən sonra ilk, PSJ üçün isə kuboku qorumaq (hazırkı çempion kimi) yolunda həlledici sınaq olacaq.
Zibertin bu mövsüm idarə etdiyi oyunlarda cəmi 2 qırmızı vərəqə göstərməsi və cəmi 1 penalti təyin etməsi onun oyunu daha çox axarına buraxan hakim üslubuna sahib olduğunu göstərir.


