"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, “Linkoln”la (Cəbəllütariq) “Hamrun” (Malta) qarşılaşıb.
Malta təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. İlk oyun isə eyni hesabla "Linkoln"ın xeyrinə başa çatmışdı. Ümuni hesab bərabər olduğundan qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq oynayan "Linkoln" (5:4) II təsnifat mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Xatırladaq ki, komandalar ötən mövsümdə, ÇL-nin I təsnifat mərhələsində üz-üzə gəliblər. Azərbaycan çempionu rəqibini ümumilikdə 6:1 hesabı ilə məğlub edib.