UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" Gürcüstan "Dinamo"su ilə cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, səfərdə 2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" bu dəfə də meydanı qələbə ilə tərk edib.

Hesabı ikinci hissədə qonaqlar açıb. Lakin ilk matçda fərqlənən Emin Mahmudovla Namik Ələskərov bu dəfə də rəqib qapısına yol tapıb. Bu, "flaqman"a yenə eyni - 2:1 hesabı ilə, bu dəfə əzmkar qələbə qazanmaq imkanı yaradıb.

Bununla da “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Bakılılar bu raundda Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də, cavab görüşü 28-də baş tutacaq. “Neftçi” mərhələyə səfərdə başlayacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) 2:1

Qol: Radin, 52 - Emin Mahmudov, 58-pen, Namik Ələskərov, 68

Bakı, "Bakcell Arena" stadionu

İlk oyun - 2:1

Heyətlər:

"Neftçi": 30. Aqil Məmmədov, 20. Mert Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 7. Namik Ələskərov, 10. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 11. Harramiz Suareş, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

"Dinamo": 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani

Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandre Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze, 31. Giorgi Çxetiani, 1. Luka Kutaladze