PSJ ötən gün Fransa çempionatında növbəti çempionluğunu qazanıb.

Offsideplus.az xəbər verir ki, Paris klubunun müdafiəçisi Markinyos üçün bu titul əlamətdar olub. Braziliyalı "parislilər"in oyunçusu kimi 10-cu çempionluğunu qazanıb.

Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. O, klub tarixində ən çox oyuna çıxan futbolçudur.