UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Dinamo" - "Neftçi" matçının başlama saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Tbilisi təmsilçisi iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da "ağ-qaralar"ı qəbul edəcək. Qarşılaşma  Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.