UEFA Çempionlar Liqasında Ukraynanın "Dinamo" və İtaliyanın "Yuventus" komandaları arasındakı qarşılaşamada azarkeşlər də iştirak edəcək.
Offsideplus.az Ukrayna klubunun saytına istinadən məlumatına görə, azarkeşlər pandemiya şərtlərinə əməl olunmasından ötrü fanatlardan stadiona 2 saat tez gəlmələrini xahiş edib.
Tamaşaçı sayına isə məhdudiyyət qoyulmayacaq. Biletlərin üzərində ad yazılacaq. Azarkeşlər şəxsiyyəti təsdiq etmək üçün sənəd gətirməlidirlər.
Qeyd edək ki, "Dinamo" - "Yuventus" matçı bu axşam Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.