Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" "Ludoqorest"ə məğlub oldu - 1:2.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra Qurban Qurbanovun mətbuat konfransı keçirildi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Çətin komandaya qarşı oynadıq. Futbolçularım sərt oynayan kollektivlə qarşılaşdı. Bu, ilk görüş idi. İkinci hissə orada olacaq. Maksimum diqqətli olacağıq. Səfərə istəkli gedəcəyik. Hər halda Çempionlar Liqasında çıxış edirik. Bu gün məğlub olmuşuq. Bu, demək deyil ki, hər şey bitdi. Səfərdəki oyunda daha səliqəli və dəqiq olmağa çalışacağıq. Oyunçularım maksimum nəticə üçün meydana çıxacaq".