"Atalanta"nın baş məşqçisi Can Piero Qasperini Çempionlar Liqasında kimin qalib olmasını görmək istədiyini deyib:
Offsideplus.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
"Real"a ümid edirəm. “Borussiya”ya qarşı heç nəyimiz yoxdur, onlarla bir neçə il əvvəl Avropa Liqasında qarşılaşmışdıq, amma avqustun 14-də Varşavada “Real”a qarşı UEFA Superkuboku uğrunda mübarizə aparmaq çox prestijli olacaq”.