İspaniya Kral Kubokunda sonuncu finalçı da müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, yarımfinalda "Atletiko"nu 1:0 hesab ilə məğlub edən "Barselona" adını finala yazdırıb. Kataloniya təmsilçisinin qələbə qoluna Ferran Torres imza atıb (ilk oyun 4:4).

Beləliklə, Hansi Flikin komandası həll edici oyunda "Real Madrid"ə rəqib olub. Final qarşılaşması aprelin 26-da baş tutacaq. 

Qeyd edək ki, "Barselona" mayın 11-də La Liqa çərçivəsində "Real Madrid"i qəbul edəcək. Bundan əlavə, Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmış sözügedən komandaların mayın 31-də ÇL finalında üz-üzə gəlmək şansı var.