"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu üzrə "Seltik"lə oyundan öncə mətbuat konfransı keçirib. 

 Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis "Kral klubu"nun bu mövsüm ÇL-nin favoritləri arasında olmamasına münasibət bildirib:

"Real" favoritlər arasında deyil? Təəccüblənmədim. Bu yaxşıdır. Həmişəki kimi sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, yeni finala çıxarıq".

Qeyd edək ki, "Seltik" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.