Bu il mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, yarışda ədalət prinsiplərini 14 nəfər qorumağa çalışacaq. Hakimlərdən biri Azərbaycanı təmsil edir. Söhbət Rza Məmmədovdan gedir.
Digər hakimlər bunlardır: Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Mohammed Adnan İsmail (İraq),Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).
Qeyd edək ki, Azərbaycan milli komandası A qrupunda Mavritaniya, Sloveniya və Bəhreynə qarşı mübarizə aparacaq. Çempionatın bütün oyunları Milli Gimnastika Arenasında keçiriləcək.