"Liverpul"un futbolçusu Aleksis Mak Allisterin adı son günlərdə xarici mətbuatda "Real"la hallanır.
Offsideplus.az xəbər verir ki, onun atası Karlos bu xəbərlərə münasibət bildirib. Argentina yığmasının sabiq üzvü oğlunun "qırmızılar"da xoşbəxt olduğunu deyib:
"Şərh etmək üçün heç nə yoxdur. Aleksis Liverpoolda çox xoşbəxtdir, müqaviləsi var və orada qalib gəlmək istəyir.
Oynadığı kluba hörmət etmək vacibdir, bizim hər hansı şərhimizə ehtiyac yoxdur".