AFFA İntizam Komitəsi "Araz-Naxçıvan” və “Turan Tovuz” klublarını cərimələyib.

Offsideplus.az xəbər verir ki, buna Misli Premyer Liqasının XXXI turunun oyununda (1:1) yaşanan neqativ hallar səbəb olub. 

Belə ki, matçın 78-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo qırmızı vərəqə (2 sarı vərəqə ilə) aldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Onun klubuna isə 500 manat cərimə kəsilib.

Qarşılaşmanın final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” daha 800 manat cərimə ödəməlidir.  

“Turan Tovuz” klubu isə azarkeşlərin pirotexniki vasitələr istifadə etməsinə görə cəzalandırılıb. Tovuz klubu AFFA-nın büdcəsinə 1500 manat köçürməlidir.