AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik UEFA-nın tədbirinə qatılıblar.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “UEFA VAR simpoziumu” adlanan tədbir bu gün Portuqaliyada öz işinə başlayıb.
Simpoziumda əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi, VAR-ın iş prinsiplərində gələcəkdə dəyişikliklər, ilkin yaradılma məqsədi, əldə olunan uğurlar, çətinliklər, inkişaf istiqamətləri, oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir.
“UEFA VAR simpoziumu” sabah yekunlaşacaq.
Qeyd edək ki, Fəridə Lütfəliyeva eyni zamanda FIFA referisi statusunu daşıyır.