58 yaşlı rusiyalı iş adamı Roman Abramoviç uzun illərdən sonra ilk müsahibəsini verib.

Offsideplus.az xəbər verir ki, Böyük Britaniya hökumətinin sanksiyaları altında olan Abramoviç 2022-ci ildə İngiltərənin “Çelsi” futbol klubunun 2,5 milyard funt sterlinqə amerikalı Todd Boehly və “Clearlake Capital” konsorsiumuna satılması ilə bağlı danışıb.

İngiltərənin “BBC” kanalının məlumatına görə, bu barədə yayımlanacaq yeni kitab bu yay oxuculara təqdim olunacaq. “Sanksiyalar altında: "Çelsi" futbol klubunun satışının daxili hekayəsi” (“Under Sanctions: The Inside Story of the Sale of Chelsea Football Club”) adlanan kitabın müəllifi Nik Piurollur.

Müsahibələrin biri 2023-cü ildə Türkiyənin İstanbul şəhərində, digəri isə bu ilin əvvəlində BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş tutub. Abramoviçin sonuncu müsahibəsi 2021-ci ilin martında “Forbes” jurnalına olmuşdu.

Yeni kitab Abramoviçin “Çelsi”dən ayrılmasının səbəbləri, satışın pərdəarxası detalları və sanksiyaların onun şəxsi və biznes həyatı üzərindəki təsiri haqqında geniş məlumat təqdim edəcək.