"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi çiynindən aldığı zədəyə görə bıçaq altına yatmalı olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, E.Səfərov aprelin 7-də keçirilən “Şamaxı” ilə matçda zədələnmişdi.