"Barselona" klubunun futbolçusu Jül Kundenin seriyası dünən keçirilən "Malyorka" ilə oyunda qırılıb.

Offsideplus.az xəbər verir ki, bu görüşdə meydana daxil olmayan fransalı müdafiəçi 2023-cü ilin noyabrından bəri ilk dəfə komandasını kənardan dəstəkləməli olub. O, ardıcıl 104 oyundur meydanda olurdu.

Kunde 2022-ci ildə "Barselona"ya qoşulub. Fransalı cari mövsümdə 51 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.