"Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin Mustafayev cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı çalışdırıcı aprelin 20-də AFFA Gənclər Liqasında "Qarabağ"a qarşı keçirilən oyunda qırmızı vərəqə alıb.

O, qarşılaşmanın 90+4-cü dəqiqəsində meydançaya daxil olaraq hakimin qərarına kəskin etiraz edib. Bu hərəkətinə görə AFFA İntizam Komitəsi E.Mustafayevi 2 oyunluq diskvalifikasiya edib.

Həmin matçın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətləri səbəbindən meydançadan qovulan Əli Nəbizadə isə növbəti turda forma geyinə bilməyəcək.