"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya yığmasını çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin 2026 Dünya Çempionatında doğma ölkəsinə başçılıq edəcəyi bildirilib.
Bu barədə "CNN" məlumat yayıb.
Mourinyonun "Fənərbağça" ilə daha bir mövsümlük müqaviləsi var. Onun komandası hazırda Super Liqa "Qalatasaray"ın 5 xal arxasında ikincidir.
Portuqaliyalı mütəxəssis daha öncə yalnız çempionat zamanı bir milliyə başçılıq etmək istədiyini bildirmişdi.



