"Liverpul" klubu Trent Aleksandr-Arnold üçün mübarizədən geri çəkilməyib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi ona komandada saxlamaq istəyir. İngiltərəli futbolçunun sonuncu "Lester"lə matçdan sonra dedikləri də azarkeşlərdə ümid yaradıb.
Bu barədə "qırmızılar"a ən yaxın mənbələrdən olan "Liverpool Echo" portalı məlumat yayıb.
Aleksandr-Arnold artıq 8 mövsümdür "Liverpul"un əsas oyunçularından birinə çevrilib.
"Real" yayda müqaviləsi başa çatacaq 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq üçün pusquda gözləyir.



